Olay
Olay

“Uşaqlarımı başqası ilə tanış edib deyir ki, yeni ananızdır”

“Uşaqlarımı başqası ilə tanış edib deyir ki, yeni ananızdır”

“Mənim körpələrim əziyyət çəkirlər, qəyyumluq onları sorğuya aparan gündən uşaqlarımı əlimdən alıblar”. 

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O, instaqram hesabında qızı ilə görüntülü zəngdən video paylaşaraq bunları yazıb: “Beyinlərinə yeritdilər ki, atanızı seçin biz sizi gəzdirəcəyik, oyuncaqlar alacağıq, evimiz olacaq. Böyük oğlum hara gedəcəyini bilmədən maşında dedi ki, mən onları seçəcəm. Çünki onların vədləri çox idi. Mənimsə həmin bahalı vədlərə gücüm çatmır. Məni çoxları qınayır, lakin kimsə dərinlikləri bilmir. Körpələrim ana qucağında yatırdılar. İndi onları xidmətçi saxlayır. Dərs oxumurlar, qızım heç kimlə danışmır. Qəyyumluq rəy bildirib ki, şəraitə görə, uşaqlar atada qalsın. Bu haqsızlıqdır”. 

Canana paylaşdığı digər videoda isə qayınanasının ünvanına bu sözləri səsləndirib: “Evim yoxdur deyə uşaqlarımı əlimdən alacaqsan? Buna dözə bilmərəm. Sən mənə zülm verdin. Qəsdən məni sıxışdırdın, yenə də əyilmədim. Balam üçün çox əziyyət çəkdim, siz onları atıb Moskvaya getdiniz. Pəncərə də sildim, lakin uşağımı yaxşı şəraitdə yaşatdım. Sən güclü deyilsən. Oğlunu kiminlə istəyirsən evləndir. Uşaqlarımı restorana aparıb, başqa xanımla tanış edir, deyir ki, yeni ananızdır. Səndə analıq hissi yoxdur. Uşaqlarına bacın, anan baxıb. Kərim özü danışıb. Heç bilirsən, uşaq psixologiyası nədir? Elə zənn etdiniz ki, mən yıxılacam. Yıxılmadım. Bəsdir, məni incitdiniz. Allah var, özünü güclü sanma”. 

Qeyd edək ki, M.İsgəndərli dünən açıqlamasında gəlinini kiminsə yoldan çıxardığını, əvvəl belə olmadığını söyləyib. Həmçinin, o, Canananın ittihamlarını yalanlayıb.