Olay
Olay

“Rusiyadan utanacağımı heç düşünməmişdim”

“Rusiyadan utanacağımı heç düşünməmişdim”

Rusiyalı balerina Olqa Smirnova ölkəsinin Ukraynaya qarşı apardığı hərbi əməliyyatlara səssiz qalmayıb.

OLAY yazır ki, babası ukraynalı olan sənətçi bu qərarını “Bütün ruhumla müharibənin əleyhinəyəm” cümləsi ilə ifadə edib.

“Mən həmişə istedadlı ruslarla, mədəni və idman nailiyyətlərimizlə fəxr etmişəm. Amma indi hiss edirəm ki, əvvəl və sonra arasında xətt çəkilir. İnsanların ölməsi məni kədərləndirir. Biz bu qlobal vəziyyətə biganə qala bilmərik. Rusiyadan utanacağımı heç düşünməmişdim”,- deyə bildirib.

Smirnovanın “Raymonda” ilə ilk rəqs performansını aprel ayında nümayiş etdirəcəyi gözlənilir.

Bu hadisə soyuq müharibə dövründə ölkəsindəki təzyiqlərə dözə bilməyib Parisə sığınan məşhur balet artisti Rudolf Nureyevi xatırladıb.

Paris turnesi zamanı pərəstişkarları ilə küçələrdə görüşən Nureyev KQB tərəfindən zorla Rusiyaya geri göndərilmək üzrə idi, lakin hava limanında simvolik “azadlığa sıçrayış” etdi, baryerləri aşaraq fransızlara sığındı. Polis onu siyasi qaçqın kimi qəbul etmələrini xahiş edib.

Moskva Bolşoy Baletində iştirak edən braziliyalı solist David Motta Soares və italyan baş rəqqasə Jacopo Tissi də ötən həftə istefa verdiklərini açıqlayıblar.

Baş rəqqasə Tissi sosial media hesabından açıqlama verərək, Rusiyanın Ukraynaya hücumuna görə karyerasını Moskvada davam etdirə bilmədiyini və heç bir müharibəyə haqq qazandıra bilməyəcəyini bildirib.