Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz yeni layihəsi “Erşan Kuneri”də rol alan 27 yaşlı gənc aktrisa Rüya Demirbulutla sevgildir.
OLAY yazır ki, iddialar cütlüyün ötən gün yayılan fotosundan sonra təsdiqini tapıb. İstanbulda nahar edən cütlük çıxışda KİV tərəfindən görüntülənib.
Onların bir müddət əvvəl tanış olduqları, daha sonra eşq yaşamağa başladıqları qeyd olunub.
Həmçinin Cemlə aktrisa arasında 22 yaş fərq olduğu vurğulanıb.