Prodüser Təranə Səmədova eks-həyat yoldaşı, müğənni Kərim Abasovun anası haqda paylaşım edib.
OLAY yazır ki, sənətçi sosial media hesabında anası İradə Səmədova və qayınanası Rübabə Abasovanın fotosunu paylaşaraq bunları yazıb:
“Allah ikinizə də rəhmət eləsin… Dekabrın 30-u axşam idi səhv etmirəmsə, anam və qızımla Yeni il üçün bazarlıq edirdik, jurnalistlərdən biri zəng edib məndən dəqiqləşdirmək istəyirdi ki, doğru xəbərdirmi ki, Kərimin anası dünyasını dəyişib, məsxərə ilə dedim ki, 12 ildir boşanmışam, hardan bilim? Bir az sonra evdə sosial şəbəkələrə daxil oldum və hər yerdə artıq Rübabə (Səkinə) xanımın dünyasını dəyişməsi xəbəri yayılıb.
Əslində isti evimdə, anam və övladım yanımda idi deyə bu xəbəri bir az soyuqqanlı qəbul etmişdim, bu gün qarşıma çıxan bu foto nədənsə məni çox üzdü… Fotoya baxıb qeyri-ixtiyari “Allah ikinizə də rəhmət eləsin” dedim və hər ikisinin haqq dünyasında olduğunu düşünüb bir qəribə oldum, arzularımdan biri anamın mənə haqqını halal etməsidir. Mən haqqımı halal etmişəm. Keçmişdə də olsa, qısa zaman da olsa, qayınanam olan bu qadından çox incik idim, amma şəkilə baxıb düşündüm ki, anam da artıq orda sizinlədir, öz anama halallıq vermişəmsə, sənə də halallıq verirəm…
Gerisi yenə də əgər o dünya həqiqətən də varsa, oradakı görüşümüzə qalsın.
Allah günahlarınızı bağışlasın. Məkanınız Cənnət olsun”.
Qeyd edək ki, T.Səmədovanın anası bu ilin iyulunda vəfat edib.