Bu gün müğənni Elnarə Xəlilovanın hamiləlik xəbərləri yayılıb.
OLAY yazır ki, bu barədə sənətçi özü paylaşım edərək beşinci dəfə ana olması ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.
“Haqqımda çıxan hamiləlik xəbərləri tamamilə yanlışdır. Çox təəssüf edirəm ki, yeni layihə çıxaran kimi işdən diqqət yayındırmaq üçün belə yersiz yollara əl atırlar. Mən ana olmağımla fəxr edirəm və çox şadam ki, əksər insanın gözünə bu cür batıram”, - deyə ifaçı vurğulayıb.
Qeyd edək ki, Elnarə hərbçi Rövşən Cahangirovla evlidir. Onların 4 övladı var.