Olay
Olay

“Sənsiz dünyam boşdur, ömrü yarım qalanım”

“Sənsiz dünyam boşdur, ömrü yarım qalanım”

Aparıcı Vüsalə Əlizadə ötən il avtomobil qəzasında həyatını itirən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi qardaşımın ezamiyyətdə olduğu əraziləri çəkərək İnstaqramda bu sözləri yazıb:

“Yoxluğunun acısını ürəyimə həbs etdim. Bu yollara necə nifrət edirəm bir bilsən. Hər gəlişimdə qarşılamağa çıxardın. Fəxrlə arxana düşüb gəlirdim, qazandığın hörməti, uğuru, insanların sənə sevgisini, güvənini görüb ürəyim dağa dönürdü. 7 aydır burada bacını qarşılamırsan, ay ürəyimin dağı. Ömrünün ən gözəl çağlarını fəda etdin bu yollara, bu dənizə...”.

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ilin avqustunda yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.