Olay
Olay

Kerem keçmiş sevgilisinə qayıtdı

Kerem keçmiş sevgilisinə qayıtdı

Bir müddət əvvəl aktrisa sevgilisindən ayrılan Kerem Bürsinin adı yeni eşq dedi-qodularında hallanıb.

OLAY yazır ki, onun keçmiş sevgilisi Yağmur Tanrısevsinlə yenidən münasibətinin başladığı söylənilib. Bu söz-söhbətlərə səbəb iki məşhurun bir-birini instaqramda izləməsi olub.

Qeyd edək ki, onlar “Güneşi beklerken” serialında birgə rol aldıqları zaman tanış olublar. Cütlük bir müddət sevgili olub, ayrılıb. Daha sonra Yağmur müğənni Oğuzhan Koç ilə eşq yaşayıb.