Məşhur müğənni Mahsun Kırmızıgülün qardaşı Yusuf Bazencir boşanmağa qərar verdiyi xanımı Seval Bazencirin evinə hücum edib.
OLAY yazır ki, o, Bazencirin mənzilinin qapısını balta ilə qırmaq istəyib.
Seval dərhal polis çağırıb. Saxlanılan Y. Bazencir məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Yayılan məlumata görə, Kırmızıgülün 5 ildir evli olan cütlük boşanmağa qərar verib.
Martın 9-da iki nəfər arasında telefonda mübahisə olub. Seval həyat yoldaşına İstanbul Beşiktaşdakı evə gəlməməsini deyib.
Xatırladaq ki, Yusuf-Seval cütlüyü 2017-ci ildə möhtəşəm toyla evlənib. Toyda M. Kırmızıgül də iştirak edib və mahnılar səsləndirib.