Olay
Olay

“Atamın öldüyünü İnstaqramdan öyrəndim”

“Atamın öldüyünü İnstaqramdan öyrəndim”

ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Səyyad Əlizadəyə həsr olunub.

OLAY yazır ki, mərhum sənətçi Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə atasının ölümündən danışıb:

“Çox heyif ki, bu dünyanı tez tərk etdi. Onunla ənənəmiz var idi, hər il bir dəfə zooparka gedirdik və şəkil çəkdiridik. Bu 6 il davam etdi. Təhsilimlə çox maraqlanırdı. Deyirdi ki, yaxşı təhsil al, gələcəkdə bizə və ailənə yaxşı dəstək ola biləsən. Onun arzularını yavaş-yavaş yerinə yetirəcəm.

Avqustun 23-24-ü kəndimizə getdik. Nənəmgilin dəfn olduğu qəbirstanlıq var. Nə zaman qəbiristanlığa getsək, oranı özü təmizləyirdi və mənə də kömək üçün icazə verirdi. Bu dəfə icazə vermədi, tək özü etdi. Özünün dəfn olunduğu yeri özü təmizlədi. Atam ağır halda xəstəxanaya aparıldı amma sağalacağına inanırdım. Gecə saat 10-na qalmışdı, İnstaqramı açdım, birinci atamın şəkli gəldi və “Allah rəhmət etsin, çox heyif” yazılmışdı. Onda bütün dünya başıma uçdu. Sonra evdəkilərdən zəng gəldi ki, atanın vəziyyəti ağırdır, bura gəl. Onda anladım ki, atam vəfat edib. Bu gün olacaqdı, amma belə tez olacağını bilmirdim”.