“Atam haqqında danışmaq çox çətindir. Atamın yarımçıq qalan arzuları, işləri var. Onları tamamlamağa çalışacam. İki, üç il sonra atamın repertuarı ilə sənətini davam etdirmək istəyirəm”.
OLAY yazır ki, bu sözləri koronavirusdan dünyasını dəyişən müğənni Səyyad Əlizadənin oğlu Atabəy deyib.
O, “Günün sədası” proqramına qonaq olarkən atasının keçirdiyi ağır günlərdən danışıb:
“Avqustun 30-u “Muğam” albomunun çəkilişlərinə getmişdi. Oradan qayıdanda vəziyyəti yaxşı deyildi. Hərarəti yüksəlmişdi. Fərqli və ağır dərmanlar içdi. Daha sonra Zığda yerləşən xəstəxanaya aparıldı. Orada da həyatla vidalaşdı”.