Olay
Olay

Ruhiyyə Əliyeva ikinci sezona hazırlaşır!

Ruhiyyə Əliyeva ikinci sezona hazırlaşır!

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva ötən sezon maraqla qarşılanan “Qaranlıqda həqiqət” layihəsinin ikinci mövsümünə hazırlaşır.

OLAY-ın məlumatına görə, iş xanımı RTV-də yayımlanan verilişinin anonsu üçün kamera qarşısına keçib.

Çəkilişdən fotolar paylaşan R. Əliyeva tezliklə proqramın yeni buraxılışının yayımlanacağını bildirib:

“Tezliklə “Qaranlıqda həqiqət” layihəmizin yeni mövsümü ilə qarşınızdayam. Bu dəfə sizi daha maraqlı mövzular, dəyərli qonaqlar və fərqli baxış bucaqları gözləyir. Hər buraxılışda həqiqətin qaranlıq tərəflərinə işıq salacağıq. İzləmədə qalın”.