İllər öncə ailə qurub Türkiyəyə köçən keçmiş azərbaycanlı aparıcı Gülnarə Məmmədova oğluna doğum günü keçirib.
OLAY yazır ki, 1 yaşı tamam olan Miraçın ad günündə G.Məmmədovanın anası da iştirak edib.
Sənətçi bu barədə sosial media hesabında fotolar paylaşaraq bu sözləri yazıb:
“Canım oğlum, 1 il nə tez keçdi. Sən mənim duam, Allahımın hədiyyəsisən. Hardan haraya gəldik. Səni həyatdan yapışmaq üçün göstərdiyin şücaətə görə alqışlayıram. Güclü oğlum mənim, sənə söz verirəm, özümə yaxşı baxacam sənin üçün…
Allahım səni həmişə xoşbəxt, sağlam və şanslı etsin. Yazmaq üçün kəlmələr tapmıram. Yaxşı ki, gəldin, səni çox sevirəm!”.
Qeyd edək ki, Gülnarə 2015-ci ildə ailə qursa da, ana olması çətinliklə başa gəlib. Özgür adlı türk bəylə ailə quran aparıcı 2018-ci ildə qızını itirib.
Miraç isə ötən ilin martında vaxtından tez dünyaya gəlib. Yüksək təzyiqi olduğu üçün günlərlə xəstəxanada qalıb.
Onu da bildirək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, “Kamerton” verilişinin aparıcısı olub.