Əməkdar artist Elza Seyidcahan “Günün sədası” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi müğənni Gülay Zeynallıdan gileylənib:
“Gülayın xətrini çox istəyirəm. Məndən xəbərsiz gedib mahnımı oxuyub radiolara verib (“Əl çəksin kədər” – red.). Özü də ora deməlisən ki, əl çəksin kədər, bu isə deyib ki, əl çəhsin kədər. “Çəhsin” sözü var? Mən də bir bəstəkar kimi hər dəfə maşında qulaq asıram, beynimə az qala qan sızır. Brend geyinib, özünüzü ledi kimi göstərirsiz, ədəbi dilimizi də belə qoruyun. Yazıb ki, mahnını pul verib almışam, nə vaxt istəsəm elə də oxuyacağam. Mahnıya da az pul verib, hörmət etmişəm. Sən mənə de görüm, o mahnını niyə oxumursan? Bu gün – sabah mən o mahnını oxuyaram, görərsiz necə oxuyurlar. Bu günədək onun xətrinə dəyməmişəm. Gülayı sevməsəm, mahnı vermərəm axı. Çox istəyirəm, gözəl qızımızdır”.