Olay
Olay

“Anam böyrəyinin birini mənə verdi”

“Anam böyrəyinin birini mənə verdi”

Komediya aktyoru, aparıcı Azər Baxşəliyev əməliyyat olunduğunu açıqlayıb. 

OLAY yazır ki, sənətçi böyrək çatışmazlığından əziyyət çəkdiyini, ötən il xəstəliyinin kəskinləşdiyini qeyd edib.  

Azər bildirib ki, donor qismində anası öz böyrəyini ona verib: “Uzun müddətdir böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdim. Bunu ancaq yaxınlarım bilir. Ötən il xəstəlik daha da kəskinləşdi. Təcili olaraq əməliyyatla böyrək köçürdülər. Donor qismində anam öz böyrəyinin birini mənə verdi. Anam məni ikinci dəfə dünyaya gətirdi”.