Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada qiyabi həbs olunub.
OLAY yazır ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova məlumat yayıb.
“Siz öz hərəkətlərinizlə təbliğat apardınız, müharibəyə haqq qazandırdınız, Ukraynaya ölümə dəvət etdiniz və bizim bu faktı gözardı etməyə haqqımız yoxdur”,- deyə qeyd olunub.
Ukraynanın baş prokuroru vurğulayır ki, N. Baskovun Ukrayna dövləti ərazisindəki prosessual statusu şübhəli sayılır:
“Başqa sözlə, Ukrayna prokurorları hesab edir ki, siz cinayət törətmisiniz, cəzası həbsdir. Üstəlik, Ukrayna məhkəməsi istintaqın və prokurorluğun mövqeyini öyrənərək belə qənaətə gəlib ki, həbsinizlə bağlı vəsatəti təmin etmək mümkündür”.