Olay
Olay

Rusiyanın hücumunu dəstəkləyən Baskova qadağa!

Rusiyanın hücumunu dəstəkləyən Baskova qadağa!

Rusiyanın Ukraynaya hücumunu dəstəklədiyi üçün Latviya Nikolay Baskovun ölkəyə girişinə qadağa qoyub. 

OLAY yazır ki, bu barədə Latviyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

Bildirilib ki, Baskovun adı ölkəyə girişi qadağan olunanlar sırasındadır. 

Qeyd edək ki, Baskov sosial şəbəkə hesabında Rusiyanın Ukraynaya hücumunu dəstəkləmiş və bunun beynəlxalq hüquqa tam uyğun olduğunu düşündüyünü bildirmişdi. 

Onu da xatırladaq ki, N. Baskov həm Rusiyanın həm də Ukraynanın Xalq artistidir.