Olay
Olay

Türkanın Rusiyadakı toyları “batdı”

Türkanın Rusiyadakı toyları “batdı”

Azərbaycandan Rusiyaya uçuşların dayandırılması müğənni Türkan Vəlizadəyə də təsir göstərib.

İfaçı özü bu barədə OLAY-a açıqlama verib. O deyib ki, bu ayın 19-dan 21-nə qədər Moskvada olmalı imiş:

“Həm toylarımız, həm də Novruz bayramı ilə əlaqədər çıxışlarımız var idi. Amma müharibə başladı, uçuşlar dayandırıldı, gedə bilmədik. İndi hamı necə, biz də elə - qaldıq. Nə etmək olar? Bizim əlimizdə deyil. Müharibədir, sərhədlər bağlıdır. Olmayacaq? evdə oturacağıq. Lakin çox pis oldu. Çünki Moskvadakı toyları əvvəldən danışdıq deyə, burada iş götürmədik.

Oradakı işlərlə razılaşdıq, indi də gedə bilmirik. Burada da həmin günlər boş qalmışıq. Rusiyadakı insanlar pis vəziyyətdədir. Yollar açılsa da, gedib-getməyəcəyimiz bəlli deyil. Camaatı da başa düşmək lazımdır. Mənim orada dostlarım, tanışlarım var. Öz işimdən çox, onları düşünürəm. Çünki iqtisadiyyat çökdü, daha çətin durumdadırlar”.