Müğənni Aysun İsmayılova nişanlısı Eşqin Cəlilovla toy tarixləri barədə danışıb.
OLAY yazır ki, Xəzər TV-də yayımlanan “Şourum” verilişinə müsahibə verən ifaçı bildirib ki, Eşqin martda özünə kişi toyu edəcək. Cütlüyün Bakıdakı toyu isə oktyabrda baş tutacaq.
“Bakıya gəlib, sonra İstanbula cehiz almağa gedəcəyəm. Toyumda iki gəlinlik geyinəcəyəm”, - deyə, Aysun söyləyib.
Nişanlısı ilə dini nikah kəsdirən müğənni bildirib ki, gələcək həyat yoldaşı onu dəstəkləyir və sənətinə davam edəcək. Həmçinin, Aysun uşaqlıq arzusu olan moda evi açmaq istəyini də reallaşdıracaq.
“Qayınanamı çox sevirəm. Onunla eşq yaşayırıq. Hərdən onu Eşqinə qısqanıram, çox gözəl insandır” söyləyən Aysun nişandan sonra sevgilisinin onu qısqanmağa başladığını bildirib.
Sənətçi toy hədiyyəsi üçün isə Eşqindən avtomobil istədiyini etiraf edib.