“Bergen” filmi haqqında müzakirələrə səngimək bilmir.
OLAY yazır ki, bu dəfə türkiyəli məşhur ifaçı Mahsun Kırmızıgül filmdə onun mahnılarını səsləndirən Farah Zeynep Abdullahı tənqid edib.
“Bir müğənninin həyatını oynaya bilərsiz, amma onun mahnılarını əsla onun kimi oxuya bilməzsiz. Milyonlarla insanı səsi ilə təsiri altına salan müğənnilərin bioqrafiya filmlərində öz səsləri yoxdu. Belə filmlərdə aktyor öz səsi ilə mahnı oxuyanda kinoteatrdan çıxıram. Bunun müzakirə ediləcək bir tərəfi yoxdur. Neşet Ertaş, Cem Karaca, Zeki Müren, Esengül kimi sənətçilərin mahnılarını hansı aktyor səsləndirə bilər? Mən sevdiyim sənətçini izləməyə gedəndə ona həyat verən aktyorun qeyri-peşəkar şəkildə oxuduğu mahnıları eşitmək məcburiyyətində deyiləm”.