“Müslüm” və “Ayla” kimi səs gətirən filmlərə imza atan prodüser Mustafa Uslu Zeki Mürenin həyatından film çəkir.
OLAY yazır ki, o, əfsanəvi müğənninin rolunu ifa edəcək şəxs barədə də düşünüb. Prodüser qeyd edib ki, həmin obraz üçün Tarkana təklif irəli sürüb.
Meqastarın çox həyəcanlandığını, bu barədə düşünəcəyini qeyd edib.
Uslu ilk anonsun Zeki Mürenin doğum günü, yəni dekabrın 6-da yayımlanacağını söyləyib.