Olay
Olay

“Analığım mənə çox zülm verib”

“Analığım mənə çox zülm verib”

Xalq artisti Afaq Bəşirqızı ögey anası ilə bağlı şok açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. Sənətçi analığının ona əziyyət etdiyini söyləyib:

“Analığım mənə çox ağır zülmlər etmişdi, o günlər bu gün də gözümün qabağındadır. Həyatımda çox çətinliklər vardı. Atamın ən yaxın dostunu Lənkəran Teatrına direktor təyin etmişdilər, o, mənə çox böyük dəstək oldu. Ögey anam ölüb, istəmirəm arxasıyca nəsə deyim. İstər onunla, istər bacımla münasibətimiz çox dəhşət olub. Zümrüd Talıbova bacımdır. Anasının soyadıdır. Analığımın mənə şiddətli zülm etdiyi bir vaxtda dedilər ki, yad qızı saxlayırıq. Söylədilər ki, o sənə nə ana, nə ata olacaq? Bu əlimdəki bıçaq yarası da ömürlük mənimlə qaldı. Onda 14 yaşım var idi. Mən atamı tanımırdım. 1965-ci ildə yanına gəldim, 1969-cu ildə rəhmətə getdi. Üstəlik o xəstə idi, ona heç nə deyə bilməzdim. Onun ölümündən 56 il keçib. Bunun haradasa 35 ilində onu istəməyə başladım. Qəbrini düzəltdik. Onun 100 illik yubileyini də özüm keçirdim. Əlimdə nə var idisə, onu yaşatmağa çalışdım. Ata-ananın pisi olmur, övladın olur. Mən onun borcumdan çıxa bildim, halal xoşu olsun”.