Olay
Olay

Türk biznesmenin oğlu azərbaycanlı xanımla ailə qurdu

Türk biznesmenin oğlu azərbaycanlı xanımla ailə qurdu

Türkiyəli iş adamı Kemal Gülmanın keçmiş xanımı Feryal Gülmandan olan oğlu Aslan azərbaycanlı xanımla ailə qurub.

OLAY yazır ki, Aslan Kemal Gülmanın Məryəm Mehdiyeva ilə toyu olub. 

Mərasim ötən gün İstanbulun lüks məkanlarından birində baş tutub.  Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, yaşıdlarından fərqli olaraq, çox göz önündə olmağı sevməyən Aslan Kemal üç il əvvəl qəlbinin sahibini tapıb. Üstəlik, bu iki ilin ardından iş ciddiləşib və Aslan Kemal sevdiyi insanı valideynləri ilə tanış edib.

Aslan Kemal öz yaşıdı olan 28 yaşlı Məryəmlə St. Tropezdə tanış olub və ona aşiq olub.

Cütlüyün nişan mərasimi ötən ilin sentyabrında Moskvada ailə arasında baş tutub.