Türkiyənin məşhur aktyoru Halit Ergenç Londonda yeni biznes layihəsi ilə gündəmə gəlib.
OLAY yazır ki, aktyor paytaxtda bir ortağı ilə birlikdə börek mağazası açıb.
Məlumata görə, qısa müddətdə böyük maraq görən bu biznes artıq iki filiala çatıb. Bildirilir ki, börekçi fəaliyyətinin ilk ayında 2 ton börek satışı həyata keçirib.
Halit Ergençin gələcək planları da diqqət çəkir. Aktyorun yaxın zamanda daha 3 yeni börekçi açmağı planlaşdırdığı qeyd olunur.
Qeyd edək ki, Ergenç aktyorluq karyerası ilə yanaşı, biznes sahəsində atdığı bu addımla da maraq doğurub.