Olay
Olay

Əyləncə mərkəzlərindəki məhdudiyyətlər ləğv olundu

Əyləncə mərkəzlərindəki məhdudiyyətlər ləğv olundu

Azərbaycanda əyləncə mərkəzlərindəki məhdudiyyətlər ləğv olunub.

OLAY yazır ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bildirilib ki, mart ayının 6-dan etibarən mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilib.