Olay
Olay

“Elə bil ərinlə dava etmisən, qonşu gəlib uşaqlarını öldürüb”

“Elə bil ərinlə dava etmisən, qonşu gəlib uşaqlarını öldürüb”

“İnsanların qurduğu dünyaya baxın. Adi adam birini döyəndə, bıçaqlayanda cinayətkar sayılır, həbs olunur. Prezident olanda minlərlə insanın ölümünə səbəb olur, amma cinayətkar adlanmır, cəza verilmir”.

OLAY yazır ki, bu sözləri feysbukda müğənni Nura Suri qeyd edib.

O, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından danışıb:

“Durduq yerdə başqa dövlətə qoşun yerit, yerlə-yeksan et. Heç öz millətin də səni mühakimə etməsin. Bu nə təhər dünyadır? Vaxtilə Amerika da başqa dövlətlərə- İraka, Vyetnama qarşı eyni addımı atıb ki, bəs, sizi sizdən xilas etməyə gəlmişik. İndi bu da eyni sözü deyir.

Elə bil evdə ərinlə dava etmisən, qonşu gəlib uşaqlarını öldürüb, evində nə var sındırıb-dağıdıb. Sonra da səni atıb bayıra ki, sizi xilas etməyə gəlmişik”.