Reper Hakan Aydının (Blok3) Bakı konserti təxirə düşüb.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb.
O bildirib ki, uçuşla bağlı problem yaşadığı üçün Azərbaycana gələ bilməyib.
Sənətçi qeyd edib ki, konsert başqa tarixdə keçiriləcək.
Onun Bakı üçün planlaşdırılan konsert proqramı 9 iyunda baş tutacaq.