Olay
Olay

Rusiyanın tərəfini tutan rejissora həbs!

Rusiyanın tərəfini tutan rejissora həbs!

Ukrayna məhkəməsi rejissor Nikita Mixalkovu qiyabi həbs edib. 

OLAY yazır ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, kinorejissor Ukraynanın ərazi bütövlüyünə qəsddə şübhəli bilinir.

Qeyd edək ki, Mixalkov bildirmişdi ki, indiki vəziyyətdə Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması yeganə çıxış yoludur. 

Bundan əvvəl, rejissor Ukrayna və Belarusu Rusiyanın tərkibində gördüyünü bildirmişdi.