Olay
Olay

Rusiyada ən məşhur brendlər bağlandı

Rusiyada ən məşhur brendlər bağlandı

“Kering” şirkəti Ukraynadakı hərbi əməliyyatlarla bağlı Rusiyada butiklərini bağlayıb.

OLAY yazır ki, bununla bağlı bəyanat şirkətin instaqram sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

Qeyd edək ki, 1962-ci ildə yaradılan Kering qrupu fransalı milyarder Fransua Pinoya məxsusdur və “Gucci”, “Yves Saint Laurent”, “Bottega Veneta”, “Balenciaga”, “Alexander McQueen”, “Brioni” və başqa dəbdəbəli brendləri özündə birləşdirir.