SSRİ Xalq artisti Bela Rudenko 88 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə rusiyalı tənqidçi Andrey Plaxov məlumat verib. O, feysbukda “Həyatının 89 -cu ilində görkəmli opera müğənnisi Bela Andreevna Rudenko öldü”,- deyə qeyd edib.
Xatırladaq ki, Bela Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu ilə evli olub.
Onların 1975-ci ildə Teymur adlı oğlan övladı dünyaya gəlib. Hazırda Teymur Bülbül babasının adını özünə soyad götürüb.
Cütlük isə 21 il evli qaldıqdan sonra boşanıb. P. Bülbüoğlu Gülnarə Şıxəliyeva ilə ikinci evliliyini edib.