Olay
Olay

Azad ikinci dəfə ata oldu

Azad ikinci dəfə ata oldu

Müğənni  Azad Şabanov növbəti dəfə ata olub.   

OLAY yazır ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Azad qeyd edib ki, oğlan övladı dünyaya gəlib və adını Pənah Əli qoyub. 

Şabanov xanımın üzübağlı fotosunu paylaşaraq ona atalıq hissini yaşatdığı üçün təşəkkür edib: 

“Kaş ki, ürəyimdə olan avazı ifadə edə bilərdim, ölçülməzdir. Sənə olan təşəkkürümü, sevgimi heç bir səs və söz bilməz.  Bizim ilk etirafımız səmaya, Tanrıya doğru baxarakən oldu. Şükür!  Və göz yaşımız doldu, hər nəğməmin sətirində yalnız sənsən sən- artıq iki oğlumun anası…

Ay Allahım, bizə yaxşı valideyn olmağı nəsib et, mənə hər bir çətinliyi ver, hər bir yükə, ağrıya dözərəm, təki evə gələndə məni sizin gülüşlər qarşılasın”.
Qeyd edək ki, Azad Toma adlı xanımla 2019-cu ildə ailə qurub. Cütlüyün Səid Əli adlı bir oğlan övladı da var.