Olay
Olay

Rus əsilli məşhur dirijor işdən qovuldu

Rus əsilli məşhur dirijor işdən qovuldu

Almaniyanın Münhen Filarmoniya Orkestrinin baş dirijoru, rus əsilli Valeri Gergiev işdən çıxarılıb.

OLAY yazır ki, 68 yaşlı dünya şöhrətli sənətçiyə Rusiyanın Ukraynaya qarşı hərəkətini pisləmək üçün Münhen meri Dieter Reiter tərəfindən 24 saat vaxt verilib. O, istəyi geri çevirib və Gergiev vəzifəsindən azad edilib.  

Eyni zamanda, Valeri Edinburq Beynəlxalq Festivalının fəxri sədri vəzifəsindən istefa verməyə məcbur olub.