ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Aynur Dadaşovanın bacısı Günel Dadaşovaya həsr olunub.
OLAY yazır ki, ifaçı mərhum bacısı Günelin ölüm anından danışaraq ağlayıb:
“Onlarda idim, dedim ki, bacı, həkimə gedəndə, birdən birə havaya çıxanda pis olursan. Hərdən balkonda, pəncərədə dayan, səni hava vursun. Mənə dedi ki, gedək pəncərənin önünüdə söhbət edək. Sənə sual verəcəm, amma düzgün cavab ver, məni aldatma, “youtube”da hər şeyə baxmışam. Ardınca sual verdi ki, ölüm necə olur? Dedim, insan ölmür ki.. Qəbrin sənin evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi. Xahiş etdi ki, stulunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi.
Oktyabr idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Dedim, narahatsan? Nə bilərdim ki, səhər sübh vaxtı dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi, sonra təkrar düzəlirdi. O heç vaxt adyalnan örtməzdi, ürəyi çox sıxılırdı. Divanda yatmışdı mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüyür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində - azan vaxtı dünyasını dəyişdi”.