Olay
Olay

“Ukrayna hər dəqiqə insanlarını itirir” – Loboda ağladı

“Ukrayna hər dəqiqə insanlarını itirir” – Loboda ağladı

Ukraynanın Əməkdar artisti, Rusiyanın estrada ulduzu Svetlana Loboda instaqramda açıqlama yayıb.

OLAY yazır ki, məşhur müğənni göz yaşlarını axıdaraq Ukraynada hər dəqiqə insanların öldüyünü bildirib.

Loboda ailə üzvlərinin metroda, qarajlarda gizləndiyini bildirib: “Mən Svetlana Loboda, ukraynalı müğənni... Son 4 ildə mən Rusiyada yaşamışam. Hazırda Avropada yaşayıram. Bu beş gün ərzində mənim doğmalarımın, dostlarımın başına dəhşətli şeylər gəlir. Özümü toparlaya bilmirəm. Mən nə edim? Demək istəyirəm ki, vətənimdə güclü müharibə gedir.

İnsanları öldürürlər! Vətəndaşlar məcbur zirzəmidə gizlənir. Onlar yeməyə heç nə tapmır, yanında körpə uşaqlar var.  Çoxları atəşdən qaçmağa çalışırlar. Kiyevdə ailəm, atam, bacım, qardaşlarım, xalalarım, əmilərim zirzəmidə, metroda, qarajlarda gizlənir. Çünki onları oradan çıxara bilmirik. Çox təhlükəlidir. Sizdən çox xahiş edirəm, bu dəhşəti dayandırın. Biz hamımız balaca insanlarıq.

Yuxarı şəxslərdən xahiş edirəm, dayandırın! Bu, dünya üçün faciədir.  Anlamıram ki, bu vəziyyət bizi hara aparır? Bizim həyatımız tük üzərindədir. Amma Ukrayna hər dəqiqə insanlarını itirir. Biz hamımız sülh istəyirik! Məni izləyənlər arasında Rusiya vətəndaşları da var. Sizdən xahiş edirəm, bunu dayandırın. Yalvarıram, gəlin birlikdə dayandıraq”.