Olay
Olay

Təhsil naziri “Mənəm mən...” tamaşasında - Video

Təhsil naziri “Mənəm mən...” tamaşasında - Video

Yuğ Dövlət Teatrında mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm, mən...” tamaşası iki ildən sonra yenidən nümayiş olunub.

OLAY yazır ki, tədbirdə Təhsil naziri Emin Əmirullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, media nümayəndələri və sənət adamları iştirak edib.

Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, platsik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır. Janrı mistik-psixoloji dram kimi təyin olunan səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) çıxış edirlər.

1 saat 35 dəqiqə davam edən tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.