Ötən il Yuğ Dövlət Teatrında mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm, mən...” tamaşasının premyerası baş tutmuşdu.
OLAY yazır ki, tamaşa bu il də səhnəyə qoyulacaq. İlk nümayiş isə 27 fevral 19:00-dadır.
Qeyd edək ki, Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.
Janrı mistik-psixoloji dram kimi təyin olunan səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) çıxış edirlər.
1 saat 35 dəqiqə davam edən tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.