Olay
Olay

“Zelenski kişi kimi kişidir” - Kikabidze

“Zelenski kişi kimi kişidir” - Kikabidze

Gürcüstanın Xalq artisti, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze Ukraynadakı hərbi əməliyyatlardan danışıb.

OLAY yazır ki, sənətçi videomüraciətini lentə alaraq instaqram sosial şəbəkəsində yerləşdirib.

V.Kikabidze ukraynalıları özünün sevimli və əziz dostları adlandırıb, gürcülərin onları çox sevdiyini vurğulayıb:

“İndi başınıza gələn bütün çirkin şeylərdən narahatıq, amma Allah sizin tərəfinizdədir, çünki siz vətəninizi müdafiə edirsiniz. Bu, qəhrəmanlıqdır, asan deyil”.

Müğənni hər şeyin yaxşı olacağına əmin olduğunu bildirib: “Prezidentiniz (Volodimir Zelenski- red) haqqında daha iki söz demək istəyirəm - o, gözəl, gənc, istedadlı, ağıllıdır. Kişi kimi kişidir, ona xidmət edin. Mən şəxsən ukraynalıyam!”