Reper Dado (Səid Əliyev) aylardır oğlu Zeydi görmədiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Şourum” verilişinə danışıb.
Dado deyib ki, həm də xanımı müğənni Natavan Həbibidən boşanmaq üçün məhkəməyə ərizə verib:
“Fikirləşmək üçün vaxt veriblər. Amma qəti fikrimdir, biz boşanacağıq. Elə ağrılı günlər yaşadım ki, həyatımda belə şey görməmişdim. Artıq üç-dörd aydır ki, övladımı görmürəm. Ürəyim partlayır, dözə bilmirəm. Görməyə gedirəm, elə şeylərlə rastlaşıram, bir də getmirəm. Əlbəttə ki, o, məni çağırır. İndi gedək, görün, necə qarşılayacaqlar. Onlar var gücləri ilə istəyirlər ki, uşaq atasız qalsın.
Mən övladımı çox sevirəm. Onun yanında qalmaq üçün əlimdən gələni etdim. Məndən başqa heç kim istəmədi ki, uşaq ata-analı böyüsün. Natavan da, ailəsi də istəmədi. O, mənim ilk övladımdır, valideynlərimin birinci nəvəsidir. Lakin onu görə bilmirlər. Yaxşı, biz daşlaşmışıq. Bəs ata-anamın nə günahı var? Onun anası özü qəsdən edir ki, uşaq biz tərəfi tanımasın. Valideynlərim Zeydi beş -altı dəfə görüblər. Deyir, gəlsinlər, görsünlər, elə şərait də yaratmır ki, qonaq gələ bilsin.
Deyirəm, götürüm, aparım qohumlar da görsün. Axı ayıbdır. Onlar Zeydi yalnız videolarda görüblər. Elə sən uşaq dünyaya gəldi, götürdün, aradan çıxdın. Mən razı deyiləm ki, məhkəməyə şikayət edim, uşağı zorla gətirsinlər, anam-atam görsün. Uşaq doğulandan sonra dəyişdi. Mən səni qadın etdim, gəlinlik paltarı geyindirdim. Bu gün sığışdırmırsan ki, atam-anam gəlsin, övladımı görsün. Heç olmasa ayda bir dəfə nənə-babasının yanına gətirin. Uşaq üçün dünyanı da dağıdaram. Aliment nədir ki? Amma onu da haqla istəmək lazımdır. Nə mən istədiyim vaxt uşağı görə bilirəm, nə də valideynlərim. Mən ona görə aliment verməliyəm? Ya mənim uşağımın ehtiyacı var? Övladım böyüyəcək, özü məni tapacaq. Buna şübhəm yoxdur. Alnım açıqdır, heç kimdən qorxub çəkinmirəm. Məni qorxutmağa çalışsalar da, adam göndərsələr də, dediyimi deyəcəm. Düzdür heç kim qorxutmur. Ümumi danışıram. Haqq birdir”.