Rusiyanın məşhur aktrisası Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar dəyərində yardım göndərib.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb. O bildirib ki, hər kəsi yardım göndərməyə çağırır:
“Bir daha deyirəm: Bu baş verdiyi üçün çox təəssüf edirəm. Ürəyimdə bir sıxıntı var. İndi həm sizin, həm də bizim övladlarımız ölür. Bəziləri hətta çox gəncdir. Bunun bitməsini istəyirəm”.
Qeyd edək ki, aktrisa özü Ukrayna əsillidir.