Son dövrlər iştirak etdiyi layihələrlə diqqət çəkən Zendayanın yeni obrazı məlum olub.
OLAY yazır ki, hazırda Hollivudun ən parlaq simalarından olan 28 yaşlı aktrisa, rejissor Berri Cenksin yeni filmində baş rol oynayacaq.
A24 studiyasının istehsalı olan bu filmdə Zendaya əfsanəvi müğənni Ronni Spektor obrazını canlandıracaq. Filmin adının “Be Me Baby” olacağı açıqlanıb.
Berri daha öncə A24 imzalı “Moonlight” filmi ilə Oskar mükafatlarına damğa vurmuşdu. O, son olaraq “Mufasa: The Lion King” filminin rejissoru olub.
“Daily Mail” bildirir ki, Zendaya-nın pərəstişkarları onun bu rolla Oskar mükafatına namizəd ola biləcəyini düşünürlər. Maraqlısı budur ki, təxminən 5 il əvvəl Zendayanın Ronni Spektor rolunu oynayacağı iddia olunmuşdu. Hətta 2022-ci ildə vəfat edən Ronninin özü də onun obrazını Zendayanın canlandırmasını istədiyini bildirmişdi.
“Euphoria” serialındakı performansı ilə Emmi qazanan Zendaya “Dune: Part Two”, “Rəqabət”, “Hörümçək adam” kimi məşhur filmlərdə rol alıb. O, son olaraq “Shrek 5”in aktyor heyətinə də daxil olub.