“Düşündüm ki, vəziyyət çox ciddi olduğu üçün analiz edib şərh vermək lazımdır. Onu deyim ki, müharibənin əleyhinəyən. Ukraynada çox dostum var. İnsanların çəkdiyi ağrı və iztirab ürəyimi parçalayır”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Yusif Eyvazov instaqramda qeyd edib. Sənətçi bildirib ki, müharibənin bitməsini, insanların sülh içində yaşamasını diləyir:
“Bunun üçün dua edirəm. Bununla belə, bir şeyi də əlavə etmək istəyirəm: sənət adamlarını və ya hər hansı ictimai xadimi siyasi fikirlərini açıq şəkildə səsləndirməyə məcbur etmək düzgün deyil. Bu azad seçim olmalıdır. Bir çox həmkarlarım kimi mən də siyasətçi, siyasət üzrə mütəxəssis deyiləm. Mən musiqiçiyəm və məqsədim siyasi fikir ayrılıqlarını aradan qaldıraraq insanları birləşdirməkdir”.