Olay
Olay

“Səidə reklam istəyirdisə, mənim günahım nə idi?”

“Səidə reklam istəyirdisə, mənim günahım nə idi?”

Müğənni İradə İbrahimova illər əvvəl həmkarı Səidə Sultanla yaşadığı qalmaqaldan danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib.

O bildirib ki, Səidəylə hazırda problemləri yoxdur:

“Bu, mənim qalmaqalım deyildi. Qarşı tərəfin idi. Səidəni də salamlayıram, yenə qalmaqal çıxmasın. Mənimlə əlaqəsi olmayan qalmaqal idi, heç içində deyildim, məni ora çəkmişdilər. Biz Səidə ilə bir araya gələ bilmirik, mən burada yoxam, üz-üzə gəlmirik. Gəlsək də, mən Səidəni hər zaman bəyənmişəm, gözəl sənətçi dostumuzdur. Problem yoxdur. Amma üz-üzə gələndə orada mənə haqsızlıq oldu, niyə baş verdi? Sualını vermək istəyərdim. Çünki hər zaman qalmaqaldan uzaq olmuşam, mənə olan “zərbə”lərdən… Əslində zərbə deməyim, amma o vaxt bu, mənim üçün bir zərbə idi. Deyirdim ki, necə yəni dava-qırğın, mən təhqir olunuram, söyülürəm. Sağ olsun, kanal əməkdaşları məni mənim qədər qoruyub. Mən bu suala cavab vermək istəmirəm deyəndə, danışacaqsan deməyiblər. Ona görə kənara çəkilmişəm. Üz-üzə baxıb məsələni həll etmək olduğu halda, efirdə dava etməyin nə mənası var? Ürəyimdə qaldı, çünki mənə qarşı olan ittihamlarda, neqativ açıqlamalarda günahım yox idi. Çünki həqiqətən də yazılan mahnının ona aid olduğunu, onun yazdığını, mənə başqasının satdığını haradan bilim? Zəng edirlər ki, mahnı var, oxumaq istəyirsən? Dinləyirəm, qiymətini soruşuram, pulunu verib oxuyuram. Bir də baxıram ki, efirdə deyir ki, mahnı mənimdir, mənə zəng etməyib, xəbər verməyib. Mən də həmin adama zəng edirəm, o da deyir ki, boş söhbətdir, reklam istəyir.  Reklam istəyirsə, mənim günahım nədir? Evimdə rahat yatıb-qalxıram, rahatlığım niyə pozulsun? Belə bir şey yaşadıq, indi problem yoxdur. Bir müddət keçəndən sonra fikirləşirsən ki, nə qədər boş bir şey üçün enerji sərf etmişəm. Artıq o insanlar əhəmiyyətini də itirirlər. Fikirləşirsən ki, buna görə əsəbiləşib, onu həyatımın mərkəzində hiss etmişəm? Bu, nədir? Bunu düşünmək 30-dan sonra başlayır. Ürəklərinə saldıqları şeyləri həmin yaşdan sonra boş verəcəklər”.