Hollivud ulduzu Jan Klod Van Dammın azərbaycanlı gəlini Suada Hacızadə ailəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

OLAY yazır ki, bu barədə Suada instaqramda paylaşım edib.

O, ana olması ilə bağlı yayılan xəbərləri yalanlayıb:

“Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir. Bunu artıq görməzdən gəlməyəcəyəm. Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil. İnternetdə gördüyünüz hər şeyə yoxlamadan inanmaq maraq deyil. Bu, tənqidi düşüncənin olmamasıdır. Saxta xəbərlərlə maraqlandıqda və onları yaydıqda, siz problemin bir hissəsinə çevrilirsiniz. Yalan və saxta məlumat yaymaq cahillikdir”.

Van Dammın gəlinindən yayılan xəbərlərə reaksiya