“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib.
OLAY yazır ki, iclasda Azərbaycan Televiziyasında son dövrlərdə həyata keçirilən yeniliklər müzakirə olunub.
QSC-nin sədri Rövşən Məmmədov statistik göstəriciləri açıqlayıb. O, 2025-ci il ərzində istehsal olunan sənədli və bədii filmlərin sayı, həyata keçirilən layihələr barədə məlumat verib, eyni zamanda 2026-cı il üçün müəyyənləşdirilən hədəfləri diqqətə çatdırıb.
İclasda mediada Azərbaycan dilinin qorunması və inkişafı, televiziya vasitəsilə maarifləndirmə imkanları, həmçinin vətəndaş maraqlarının təmin olunması məsələləri də müzakirə olunub.
Sonda Bədii Şura üzvləri çıxış edərək müxtəlif təkliflər səsləndirib, müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparıblar.