Xalq artisti Flora Kərimova Ukrayna və Rusiya arasında baş verənlərlə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi Ukrayna bayrağını paylaşaraq sözügedən ölkəyə dəstək nümayiş etdirib.
Kərimova deyib ki, əlindən mövqeyini göstərmək və dua etmək gəlir:
“Bəzən qırılan ümidlərin səsi qulaq batırır! Bu çox ani olur. Müharibə dəhşətli bir şeydir! Yaşanan tarixlər yad, yeni deyil... Sadəcə ad və məkan dəyişir! Evinin qapısına qıfılı göz yaşları ilə lehimləyib geri dönəndə yerində nə tapacağını bilmədən getmək böyük faciədir! Əlacsızlığın məğlubiyyəti daha ağır olur. Bu zaman kəsiyində kimi tarixdə qürurla anılan olur, kimi də istəmədən kədərli statistikanın birinə çevrilir. Əlimdən gələn mövqeyimi göstərmək və dua etməkdir! Qarğış etmək isə vərdişim deyil. Duam isə budur: bu qara günlər tezliklə Ukraynanın tarixinə fəxarətli gün kimi yazılsın”.