Fotosessiya
Fotosessiya

Onlar Ukraynanı dəstəklədi

Onlar Ukraynanı dəstəklədi

Rusiya və Ukrayna arasında yaranan gərginlik gündəmi zəbt edib.

İki ölkənin müharibəsi sosial şəbəkələrdə müzakirə yaradıb. Kimisi bu savaşda Rusiyanı haqlı görüb, kimisi isə Ukraynanı dəstəkləyib.

OLAY yazır ki, yerli şou-biznes nümayəndələri də baş verən hadisələrə münasibət bildirib.

Bir çox tanınmış sima məsələ ilə bağlı paylaşım edib. Onların əksəriyyəti Ukraynanın yanında olduğunu dilə gətirib.

Əməkdar artist Sevda Ələkbərzadə Ukrayna bayrağını paylaşaraq öz dəstəyini göstərib.

Müğənni Eldar Qasımov feysbuk profil fotosuna Ukrayna bayrağı əlavə edərək dəstəyini nümayiş etdirib.

Müğənni Nura Suri “Pray for Ukraine” (Ukrayna üçün dua edin) heşteqi ilə paylaşım edib.

Müğənni Nigar Camal Kiyevdən görüntüləri paylaşaraq “Mənim sevimli Kiyevim. Necə dəhşətlidir” sözlərini yazıb.

Aparıcı Hüsniyə Məhərrəmova da Ukraynaya dəstək olub.

Müğənni Dilarə Kazımova feysbukda Ukraynanın adının və ürək smaylikinin yer aldığı status paylaşıb.

Müğənni-bəstəkar Murad Arif Ukrayna dilində “Dostlara səbr” şərhini yazıb.

 Tanınmış aparıcı Leyla Quliyeva isə “Müharibəyə, insan itkilərinə “yox” deyirəm” statusunu yazıb.