13.22:
Ötən axşam saatlarında 75 yaşında dünyasını dəyişən Xalq artisti Ənvər Həsənov yaşadığı Şüvəlan qəsəbəsindəki evindən son mənzilə yola salınıb.
OLAY yazır ki, mərhum sənətkarla vida mərasimində bir sıra incəsənət və mədəniyyət xadimləri iştirak edib.
Xatırladaq ki, Ə.Həsənov vəsiyyətinə görə mərhum həyat yoldaşı Möminə xanımının yanında Buzovna qəbiristanlığında dəfn ediləcək.
***
Xəbər verdiyimiz kimi, Xalq artisti Ənvər Həsənov 75 yaşında ötən axşam evində dünyasını dəyişib.
OLAY yazır ki, mərhumun yaşadığı Şüvəlanda vida mərasimi keçirilir.
Əldə etdiyimiz məlumata görə, Ə.Həsənov Buzovna qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.
***
“Bu gün çox ağır gündür. Ənvərlə 50 ildən çox dostluğumuz olub. Ənvər azərbaycan kinosunun incilərindən, sənətkarlardandır. Ənvəri biz hamımız itirdik”.
Bu sözləri Xalq artisti Ötkəm İsgəndərov OLAY-a açıqlamasında Xalq artisti Ənvər Həsənovla vida mərasimində deyib. Sənətkar mərhum həmkarı ilə bağlı bu sözləri dilə gətirib:
“Ənvərin təkcə kinoya deyil xalq töhvəsi var idi. Onu hamı sevirdi. O çox yaxşı aktyor idi. Bir insan kimi də çox yaxşı insan idi. Onun haqqında fikirlərimi dilə gətirə bilmirəm (kövrəlir). Çox ağır itkidir. Onu itirmək çox pisdir. Doat itirmək çox ağırdır. Azərbaycan kinosu və xalqı Ənvəri itirdi. Onun çox böyük xidməti olub. O ömrünü kinoya həsr etdi və sonda belə bir xəstəliyə düçar oldu və dünyasını dəyişdi. Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.
Rəşad Əliyev