Kiyevdə yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev ölkədəki vəziyyətdən danışıb.
OLAY yazır ki, V.Nağıyev instaqram səhifəsində qeyd edib ki, evindən 300 metr aralıda mərmi düşüb və partlayış səsinə oyanıb:
“Hazırda Odessada olan oğlumun yanına gedə bilmirəm. Qızım hər səs eşidəndə titrəyir. Ən çətini odur ki, bununla bağlı heç nə edə bilmirik”.
Müğənni sülh tərəfdarı olduğunu bildirib: “Biz sülh istəyirik. Uşaqlarımızın müharibəni ancaq tarix kitablarından öyrənmələri üçün biz onların bu gün müharibəni görməsini istəmirik. Biz 21-ci əsrdə yaşayırıq, müharibəyə “yox” deyək”.
Xatırladaq ki, V. Nağıyev məşhur “Ukraynanın Səsi” vokal şousunun finalisti olub.