“Deha” serialında azərbaycanlı obrazı canlandıran Ertan Saban paylaşımları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi sözügedən personajından sonra postlarına ana dilimizdə başlıq yazır. O, paylaşımlarından birində atalar sözlərimizdən sitat gətirib:
“Keçmə namərd körpüsündən qoy aparsın sel səni, yatma tülkü daldasında qoy yesin aslan səni”. Digərində isə “Necəsən? Yaxşısanmı?”, - deyə, qeyd edib. Ertan növbəti paylaşımında “Gözlər həftə sonu arzu edirəm, “dayko”lar” sözlərini yazıb.
Qeyd edək ki, E. Saban Aras Bulut İynemlinin baş rolunda olduğu “Deha”da Karahan Doğan adlı azərbaycanlı mafiyanı canlandırır.