Olay
Olay

“Yaxşı ki, bitdi” – Nicatdan Zarinaya cavab

“Yaxşı ki, bitdi” – Nicatdan Zarinaya cavab

Müğənni Nicat Məhərrəmov aktrisa Zarina Qurbanovanın aadını çəkmədən onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib. O Zarinanın adını çəkmədən bildirib ki, aktrisa ilə aralarında sevgi münasibəti olub və bitib:

“Bu gün səhər tezdən zənglərin, mesajlaırn ardı-arası kəsilmir. Mətbuatda, efirlərdə, sosial şəbəkələrdə mənim şəxsi həyatım müzakirə edilir. Nə üçün?! Hər birinizə hörmətlə yanaşıram. Amma sizə bir xatırlatma edim. Bu da son açıqlamam olsun. İnsanın həyatında hər şey baş verə bilər. Sevgidə də, dostluqda da, ailədə də incikliklər, problemlər ola bilər. Bu demək deyil ki, kimsə özünə bundan reytinq, yaxud da hörmət qazansın.

Mənim adımla gündəmə gəlib gündəmi zəbt etməyə ehtiyac yoxdur. Bəli, sadəcə alınmadı. Mən həmişə dürüst və həqiqət tərəfdarı olmuşam. Bu kimi məsələlərə hörmətlə yanaşmışam. Bundan sonra da xahiş edirəm adım heç yerdə hallanmasın. Bu ilk növbədə xahiş, sonra isə tələbdi. Adım hallanırmış kimi çəkilməsin. Çünki mənim üçün bu nağıl, hekayə, yaxud da roman maraqlı deyil. Yeni işlər üzərində çalışıram, karyeram üçün işləyirəm. Həyatdan da maksimum dərəcədə zövq alıram. Bilənlər bilir.  Və “Başlamadan bitdi” yox, bir az realist olaq, həqiqəti danmayaq. Mənim dediyim kimi, “Yaşandı bitdi”! Yaxşı ki bitdi”.

Qeyd edək ki, Zarina “10-da görüşək” proqramında bir sənət adamı ilə münasibətinin sevgiyə çevrilmədən bitidyini açıqlayıb.

OLAY-ın əldə etdiyi məlumata görə, Qurbanovanın bəhs etdiyi şəxs N. Məhərrəmovdur.