Olay
Olay

“Dedim ki, tanımadığım ailənin qızını evimə gətirmə”

“Dedim ki, tanımadığım ailənin qızını evimə gətirmə”

“Oğlum ailə quranda məsləhətli seçim oldu. Artıq gənc oğlan idi, biz oturub söhbət edirdik. Ona dedim ki, bax, bizim ətrafımızda dostlarımız, qohumlarımız var. Üstəlik atanız tərəfindən bizə daxil olan dostlar var. Təbii ki, onların da ailəsində qız övladı var. Dedim, bax və seçimini et”. 

OLAY yazır ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva bu barədə “Üzə-düz” proqramında məlumat verib.  

Muğam ifaçısı  oğlu və gəlini barədə danışıb: “Ona dedim ki, mənim tanımadığım ailənin övladını evimizə gətirmə. Bilirsiniz, mən övladımı təkbaşıma böyütmüşəm. Bəlkə də, atası olsaydı, mən bu şeyləri deməzdim.

Əlbəttə ki, hadisələr başqa cür cərəyan edərdi. Oğlumun həm atası, həm anası olmuşam. Oğlum da sağ olsun, mənim məsləhətlərimi dinləyib, əməl edib. Ailə elə bir şeydir ki, bir dəfə seçib, bir dəfə ailə qurursan. Orda yanılmaq olmaz. Qayınana kimi lazımı olan yerdə sözümü deyirəm, məsləhətlərimi verirəm. Amma gəlinimlə rəfiqəyik. Hətta oturub dərdləşirik. Ailədə həmişə gəlinimin tərəfindəyəm ”.